Keratokonus xəstəliyi nədir?
Keratokonus xəstələrində buynuz qişanın çölə doğru olan şişginlik
miqdarı gedərək artır, yəni buynuz qişa önə doğru sallanır. Anadan gəlmə bir özəllik olaraq buynuz qişa qabarıqlığındakı artma, keratokonus xəstələrində astigmatizmə səbəb olur. Bu qrupa daxil olan xəstələrdə meydana gələn astigmatizm kontakt linza
ya da eynəklə tam korreksiya olunmadığından, görmə keyfiyyətinə yüksək dərəcədə təsir edir və həyat keyfiyyətini aşağı salır.
Keratokonusun diagnostikası.
Keratokonus diaqnozu xəstənin diqqətlə müayinə etdikdən sonra yalnız həkim-oftalmoloq
tərəfindən goyula bilər.
Bu xəstəliyin diagnostikası aşağıdakı addımlardan ibarətdir:
1. Xəstənin şikayətlərinin diqqətlə sorğulanması;
2. Vizual müayinə zamanı buynuz qişanın konus şəklində deformasiyası geyd oluna bilər;
3. Görmə itiliyinin yoxlanılması;
4. Refraktometriya, buynuz qişanın formasının dəyişməsi nəticəsində yaranan, astiqmatizmin və miopiyanın mövcudluğunu
göstərə bilər.
Şikayətlərin arasında işığa həssaslığın artması, qoşa (bir neçə dənə) görmə, qamaşma, işıqların çevrəsində halqalar görmə, xüsusi ilə maşın sürərkən xəyal görmələrinin
əmələ gəlməsi, yanma, batma, qızartı və s. sadalana bilər. Keratokonus getdikcə ağırlaşan bir xəstəlik olduğundan bu şikayətlər də artır. Yaş artdıqca (yuxarı yaşlara gəldikcə) buynuz qişanın mərkəzində qalıcı ağ bir ləkə meydana gəlir ki, bu zaman artıq keratoplastika
(buynuz qişanın köçürülməsi) vacib sayılır. İlkin vaxtlarda zəif görən xəstələrdə isə səhmansız astigmat həyatı olduqca mənfi təsir edər. Bu tip astigmat müalicəsini eynəklə düzəltmək mümkün deyil.
Keratokonus xəstəliyi hansı üsullarla müalicə edilir?
1- Krosslinking
2- Intacs (Korneal halqa) metodu
3- Keratoplastika (Buynuz qişanın nəqli) metodu
Keratokonusda Intacs ( korneal halqa ) müalicəsi
Korneal halqalar, keratokonus xəstələri üçün son zamanlarda inkişaf etdirilən müalicə üsullarından biridir. Şəffaf olaraq izlənən iki ədəd yarım dairə şəklindəki kiçik
halqalar buynuz qişanın içinə yerləşdirilir. Bu halqalar gözə laser üsulu ilə tunel açılaraq yerləşdirildiyindən əməliyyat həm çox qısa zamanda tamamlanır, həm də hər hansı bir fəsad baş verməz. Bu halqalar kənardan baxıldıqda
hiss edilməz və ən əsası kontakt linza kimi hiss edilməsi də mümkün deyildir. İstənilən zaman yalnız həkim tərəfindən çıxarıla bilən halqalar, görmə mərkəzinə yerləşdirildiyindən görməyə təsir edəcək hər hansı bir qalıcı iz buraxmır.
Keratoplastika ( Buynuz qişanın nəqli ) əməliyyatı keratokonus xəstələrində yeganə həll yoludurmu?
Keratokonus xəstələrinin 20%-zı buynuz qişanın nəqlinə getməkdədir. Buynuz qişanın nəqli, korneanın mərkəzdəki 7-9 mm - lik bölməsinin yerdəyişdirilməsi
əməliyyatıdır. Gecikmiş formada gələn keratokonus xəstələri üçün buynuz qişanın nəqli əməliyyatı yeganə həll yoludur və bu əməliyyatdakı nəaliyyət 95 % olaraq bildirilsə də nadir hallarda ciddi fəsadlar ola bilər. Göz, nəql edilən qişanı
rədd edə bilər, ya da göz nəqlindən sonra keratokonus xəstəliyi təkrar yarana bilər.
Krosslinking müalicəsi nədir?
Yuxarıda bəhs edilən müalicələr arasında
gözə toxunmadan, sadəcə şüa göndərilərək tədbiq olunan yeganə müalicə metodu krosslinking müalicəsidir. Keratokonus xəstələrində zəif olan və önə doğru sallaqlığı artmış buynuz qişa təbəqəsinə, riboflavin damlası töküldükdən
sonra təqribən yarım saata qədər UV-A şüası göndərilir. Bu müalicədən sonra buynuz qişanın təbəqəsi gücləndirilir. Eynək nömrəsində artma ilə daxil olan keratokonus xəstələrində, krosslinkingdən sonra artmanın dayanması ilə yanaşı,
mövcud nömrələrin azalması da gözlənilir.
Новые комментарии
Спасибо за приятные слова!🙏🏻
Спасибо вам огромное, что буквально придаёте людям обрести новые краски в жизни. Allah sızı qorusun Mırana xanım. Я буду всегда благодарен вам 🙏
Spasibo
Kakie dni u vas priemnie? Ya chitala chto do priyoma minimum mesyac nelzya nosit lunzi. Mne zakazat ochki?