Lazer korreksiyasına aid 25 sual
1. Lazer korreksiyasının tətbiqi üçün hansı çərçivələr mövcuddur?
Lazer korreksiyası -15,0 D qədər yaxıngörmə, +6,0 D qədər uzaqgörmə və +/-6,0 D qədər astiqmatizm ilə pasiyentlərdə aparılır.
2. Görmənin eksimer-lazer korreksiyası üçün yaş həddi hansıdır?
Görmənin lazer korreskiyası yolu ilə bərpası üçün ən optimal vaxt 18-45 yaş arasıdır. 18 yaşa qədər korreksiya məsləhət görülmür, çünki orqanizm, o cümlədən, göz alması inkişaf etdikcə refraksiya dəyişilə bilər. 45 yaşdan sonra isə pasiyentə xəbərdarlıq edilir ki, lazer korreksiyası onu yaş presbiopiyasının əmələ gəlməsindən sığortalamır.
Lazer korreksiyası həm 18 yaşa qədər, həm 45 yaşdan sonra icra oluna bilər, amma hər fərdi hal üzrə qərar həkim tərəfindən qəbul edilir.
3. Eksimer lazer korreksiyası üçün əks-göstərişlər varmı?
Eksimer lazer korreksiyası üçün əks-göstərişlər mövcuddur, lakin çox azdır. Onların sırasında katarakta, qlaukoma, tor qişanın patologiyası və bir sıra ümumi xəstəliklər (vərəm, diabet, iltihabi xəstəliklər, şişlər, infeksiyalar) var. Lazer korreksiyasının aparılması hamilə və südverən qadınlara məsləhət görülmür.
4. Lazer korreksiyası nə vaxtdan mövcuddur?
Görmənin lazer korreksiyası ilk dəfə 1989-cu ildə aparılıb və elə həmin vaxtdan öz etibarlılıq və effektivliyini sübut edib. Bizim Mərkəzdə bu əməliyyatlar 1998-ci ildən icra olunur.
5. Dünyada nə qədər lazer korreksiyası icra olunub?
Hazırda eksimer lazer korreksiyası dünyanın 45 ölkəsinin tibb mərkəzləri və klinikalarında icra olunur. Son 10 il ərzində dünyada 3 mln-dan artıq görmənin korreksiyası əməliyyatları aparılır.
6. Doğrudur ki, lazer korreksiyasının hələ doğmamış qadınlarda aparılması məsləhət görülmür?
Hələ doğmamış qadınlarda eksimer lazer korreksiyası aparıla bilər. Doğuşdan sonra o, görmənin azalmasına gətirib çıxarmır. Yalnız hamiləlik və südvermə dövründə lazer korreksiyası qadağandır. Adətən doğuş zamanı problemlər çox vaxt yaxıngörmə ilə müşayiət olunan tor qişanın qeyri-qənaətbəxş vəziyyəti səbəbindən yaranır. Bu səbəbdən lazer korreksiyasından əvvəl tor qişanın vəziyyətini yoxlamaq və, lazım gələrsə, onu gücləndirmək lazımdır.
7. Korreksiyadan sonra görmə pisləşə bilərmi?
Lazer korreksiyasının nəticəsi gələcəkdə dəyişmir. Bu zamanla təsdiq edilmiş faktdır. Görmənin korreksiyası bütün dünyanın oftalmoloji klinikalarında tətbiq edilməmişdən əvvəl çoxmərhələli kliniki sınaqlardan keçib. 80-cı illərin sonundan 15 milliondan artıq korreksiya əməliyyatları həyata keçirilib və indiyə qədər LASİK üsulu ilə aparılan lazer korreksiyasından sonra görmənin pisləşməsi hallarına rast gəlinməyib. Lakin mən bütün pasiyentlərə xəbərdarlıq edirəm ki, görmənin pisləşməsi yalnız 45-50 yaşdan sonra orqanizmdə yaş dəyişiklikləri və yaş presbiopiyasının inkişafı nəticəsində istisna edilmir.
8. Eksimer lazer korreksiyası nə dərəcədə ağrısızdır?
Bu prosedur yüngül keçirililən və hər hansı ağrı hissini istisna edən yerli damcı anesteziyası altında aparılır.
9. Görmənin lazer korreksiyasından sonra xəstəxana şəraitində nə qədər qalmaq lazımdır?
Xəstəxana şəraitində qalmağa ehtiyac yoxdur. Lazer korreksiyası yolu ilə görmənin bərpası proseduru “bir gün” rejimində, yəni hospitalizasiyasız aparılır. Bu prosedur 10-15 dəqiqə ərzində icra olunur. Əməliyyatdan əvvəlki hazırlığı nəzərə almaqla pasiyent klinikada cəmi 1,5–2 saat keçirir və həmin gün evə qayıdır.
10. Lazer korreksiyası hər iki gözdə icra oluna bilərmi?
LASİK üsulu ilə lazer korreksiyası adətən ardıcıllıqla, bir neçə dəqiqə intervalında hər iki gözdə aparılır.
11. Eksimer lazer korreksiyası səhvən başqa pasiyentin göstəriciləri əsasında icra oluna bilərmi?
Bu mümkün deyil, çünki lazer korreksiyasından əvvəl həkim və mühəndis pasiyentin tibbi kartında olan məlumatları onun elektron kartına daxil edilən və lazer qurğunun monitorunda əks olunan məlumatlarla uyğunluğunu yoxlayır. Xüsusi elektron kart (pasiyentin fərdi kartı) olmadan lazer qurğu bloklanır və onun işə başlaması qeyri-mümkündür.
12. Lazer korreksiyası zamanı elektrik enerjinin verilməsi dayanarsa, nə baş verər?
Belə situasiya yaranarsa (halbuki ehtimalı çox azdır), lazer qurğu avtomatik olaraq fasiləsiz elektrik enerjisi təchizatı mənbəyinə qoşulacaq. Bu mənbəyə həm cihazlar, həm otaqda təhlükəsiz şəraitin təminatı sistemi (quruducu, mikrofiltrlərlə kondisioner və s.) qoşulacaq ki, bu da texnologiya pozulmadan hər iki gözdə lazer korreksiyanın aparılmasına imkan verəcək.
13. Korreksiya proseduru nə qədər vaxt aparır?
Lazer korreksiyası – ambulator prosedurdu və hospitalizasiyasız aparılır. Pasiyent klinikada təxmini 1,5–2 saat keçirir. Korreksiyaya qədər hazırlıq mərhələsi 10-20 dəqiqə, korreksiya proseduru isə 10-15 dəqiqə çəkir. Prosedurdan sonra pasiyent bir müddət istirahət edir, sonra həkim lazımi tövsiyələri verib onu evə buraxır.
14. Lazer korreksiyasından sonra fəal idmanla məşğul olmaq olarmı?
Bəli, olar! Lazer korreksiyasından sonra əvvəlki adi həyat tərzinə qayıtmaq olar. Fiziki yükləmə və görmənin yükləməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmur.
LASİK üsulu ilə korreksiya maksimal yükləməyə məruz qalan şəxslər üçün (sınaqçı-təyyarəçi, alpinist, kaskadyor və s.) görmənin bərpasının yeganə üsuludur.
15. GLK-dan sonra nə zaman kompüterdə işə başlamaq olar?
Kompüterdə artıq 1-2 gündən sonra işləmək olar. Fərdi xüsusiyyətlərdən asılı olaraq bir çox pasiyentlər artıq korreksiyadan sonra növbəti gündə kompüterdə məhdudiyyətsiz işə başlayır.
16. Korreksiyadan əvvəl diaqnostikanın aparılması nə məqsəd daşıyır?
Lazer korreksiyasına göstəriş yalnız diaqnostika əsasında müəyyən oluna bilər. Görmə sisteminin müayinəsi həkimin lazer korreksiyasının məqsədəuyğunluğunda əmin olmaq, həmçinin konkret pasiyent üçün fərdi müalicə variantını seçmək və gələcək korreksiyanın parametrlərini hesablamaq məqsədini daşıyır.
17. Lazer korreksiyası təhlükəsizdirmi?
Lazer korreksiyasının üstünlüyü onun proqnozlaşdırılan, təhlükəsiz və qeyri-travmatik olmasındadır. LASİK texnologiyası bütün dünyanın oftalmoloji klinika və mərkəzlərində tətbiq edilməmişdən əvvəl çoxmərhələli kliniki sınaqlardan keçib. Pasiyentlərin çoxillik müşahidəsi göstərir ki, eksimer lazer heç bir pozulmalara səbəb olmur, çünki təsir yalnız sınma mühitin birinə - buynuz qişaya göstərilir və bu təsirin dərinliyi məhduddur.
Bütün eksimer lazerlər dalğa uzunluğunun bir diapazonunda, impuls rejimində işləyir. Qısamüddətli təsir nəticəsində toxumanın buxarlanması sahəsində temperatur praktiki olaraq yüksəlmir (5°-6°-dən yüksək deyil). Hər impulsla lazer 0,25 mkm (insan tükünü təxmini 1/500 qalınlığı) qatı götürür. Belə dəqiqlik lazer korreksiyası zamanı ideal nəticə almağa imkan yaradır və daxili toxumalara təsir etmir.
Bundan başqa, lazer təsirinin intensivliyinə kompüter nəzarət etdiyindən təhlükəsizliyə tam əmin olmaq olar. Həmçini əməliyyat zamanı pasiyentin baxışına nəzarət sistemi ablyasiya zonasının maksimal dəqiq mərkəzdə yerləşdirilməsi təmin edilir.
18. Lazer korreksiyasından sonra ahıl yaşda eynək taxmaq lazım olacaqmı?
Yaş presbiopiyası (uzaqgörmə) 45–50 yaşdan sonra, demək olar ki, bütün insanlarda inkişaf edir. Lazer korreksiyası presbiopiyadan qorumur. Lazer korreksiyanın aparılmasından asılı olmayaraq ahıl yaşda yaxından oxumaq üçün eynəyə ehtiyac yarana bilər.
19. Lazer korreksiyasından sonra kor qalmaq ehtimalı varmı?
Lazer korreksiyasının tarixində bu prosedurdan sonra görmənin itirilməsi hallarına rast gəlinməyib. Əgər diaqnostik müayinə nəticəsində sizdə əks-göstərişlərin olmaması təsdiq olunubsa, və prosedurdan sonra siz həkimin bütün tövsiyələrinə riayət edirsinizsə, uzun illər ərzində əla nəticəyə zəmanət vermək olar.
20. Fiziki yükləmə ilə bağlı məhdudiyyətlər varmı?
Sözsüz ki, lazer korreksiyasından bir gün sonra daha sakit həyat tərzi aparılmalıdır, lakin bu o demək deyil ki, gələcəkdə siz fiziki yükləmələrə məhdudiyyət qoymalısız. 1-2 gündən sonra fəal həyat tərzini davam etmək, məsələn, idman məşğələlərinə qayıtmaq olar.
21. Lazer korreksiyasından sonra görmə nəyin hesabına bərpa olunur?
Korreksiya zamanı lazer buynuz qişaya yeni, “təbii linza” formasını verir, nəticədə, işığın sınma qüvvəsi dəyişir və təsvirlər dəqiq görünməyə başlayır.
22. Gələcəkdə hər hansı məhdudiyyət gözlənilirmi?
Lazer korreksiyasından sonra reabilitasiya müddəti minimaldır. Korreksiydan sonra yarana biləcək cüzi narahatlıq 30-40 dəqiqədən sonra itir, görmə funksiyalarının tam bərpası isə bir neçə gündən sonra baş verir. Korreksiyadan sonra məhdudiyyətlər çox azdır və, əsasən, gigiyenik prosedurları (basseyn, sauna, kosmetikadan istifadə) əhatə edir. Sonralar isə heç bir məhdudiyyət olmur.
23. Təkrar korreksiyaya ehtiyac varmı?
Bəzi çətin hallarda əlavə korreksiya zərurəti yarana bilər, lakin çox vaxt buna ehtiyac olmur.
24. Lazer korreksiyası 100%-lik nəticə verirmi?
Görmənin lazer korreksiyasına qərar verdikdə, pasiyentlər görməni tam bərpa etmək və daha heç vaxt eynək və ya kontakt linzalardan istifadə etməmək istəyir. Lakin hamıya 100%-lik görmənin bərpasına zəmanət vermək mümkün deyil. Görmənin korreksiyası amili bir çox amillərdən, o cümlədən pasiyentin anadangəlmə görmə itiliyindən asılıdır. Müalicə həkimi əməliyyatdan əvvəlki diaqnostik müayinə zamanı korreksiyadan sonrakı görmənin vəziyyəti barədə pasiyenti məlumatlandırır.
25. Lazer hədəfdən “kənara çıxsa”, nəticə necə olar?
Müalicə zamanı lazer hədəfdən “kənara çıxa” bilməz, çünki başın vəziyyəti xüsusi vakuum halqa, baş isə vakuum balışla fiksə olunur. Bununla yanaşı, dəqiqliyin pozulmaması üçün pasiyentin kürsüsü lazerlə sərt bağlıdır. Bu da korreksiya zamanı gözün yerdəyişməsini istisna edir.
Eksimer-lazer korreksiyasından sonra
Eksimer lazer korreksiyasından sonra təxminən bir saat siz klinikada qalmalısız. Bu müddət ərzində həkim gözlərinizə kontrol baxış keçirərək buynuz qişanın üst səthlərinin düzgün yerləşməsinə əmin olmalıdır.
Korreksiyadan sonra siz elə həmin gün evə qayıda bilərsiz. Lazer korreksiyası “bir gün” rejimində, yəni hospitalizasiyasız aparılır. Lakin siz 1, 7, 14 gün, 1 və 3 aydan sonra kontrol yoxlamadan keçməlisiniz.
Lazım gələrsə, əməliyyatdan sonrakı baxış zamanı həkim sizə infeksiyadan qoruyan xüsusi damcını verəcək və siz onu bir neçə gün gözlərinizə damcılatmalısınız.
Damcını həkimin təqdim etdiyi sxemlə damcıladın. Damcı konyunktivanın alt cibinə baxışın yuxarıya doğru vəziyyətində alt qapağı çəkərək damcılanır. Uzanan yerdə hər iki qapağı fiksə edərək damcılatmaq effektivdir.
Qeyd etməliyəm ki, damcı, məlhəm, göz helləri yalnız həkimin göstərişi ilə istifadə olunur!
VACİBDİR! Korreksiyadan sonra yaşaxma zamanı heç bir halda gözünüzə əl dəyməyin, göz yaşını təmiz dəsmal və ya steril salfetlə yanağınızda qurudun. Korreksiydan sonra ilk sutkada gözə toxunmaqdan çəkinin.
Əməliyyatdan sonra ilk saatlarda və gün ərzində (2-3 dəfə) ehtiyac yaranarsa sakitləşdirici və ağrıkəsici vasitələrdən (analgin, baralgin və s.) istifadə etmək olar.
Lazer korreksiyası günü bel üstə yatmağa çalışın.
İlk 2-3 gün ərzində sabun və ya şampunun gözə düşməsindən özünüzü qoruyun.
Reabilitasiya müddətində (bir ay) ƏKS-GÖSTƏRİŞDİR:
- gözə çirkli suyun sıçraması, basseyn, hamam, saunaya getmək, su hövzəsində çimmək;
- yüksək travmatizm və ağırlıq qaldırmaqla bağlı fiziki yükləmələr (rəqs, kontakt və ekstremal idman növləri, travma təhlükəli fəaliyyət növləri);
- qadınlara dekorativ kosmetika, saç lakı, aerozoldan istifadə etmək;
- gündə qaralmaq (günəşli havada qoruyucu eynəkdən istifadə etməyi tövsiyə olunur);
- alkoqollu içkilərdən istifadə etmək.
Həkimin təyin etdiyi görmənin kontrol yoxlamalarından mütləq keçin.
Gələ bilməyəndə mütləq bu barədə klinikanın qeydiyyatı işçilərinə xəbər verin.
Həkimin bütün göstəriş və tövsiyələrinə əməl edin!
Yüksək dərəcəli yaxıngörmə, uzaqgörmə, astiqmatizm zamanı lazer korreksiyası icra olunduqda insana yeni görməyə adaptasiya olmaq üçün müəyyən vaxt lazımdır. Baş beyin onun üçün yeni olan görmə informasiyasına uyğunlaşmalıdır.
Yadda saxlayın! Lazer korreksiyasının nəticəsi gələcəkdə dəyişmir - bu zamanla təsdiq edilmiş faktdır. Görmənin korreksiyası bütün dünyanın oftalmoloji klinikalarında tətbiq edilməmişdən əvvəl çoxmərhələli kliniki sınaqlardan keçib. 80-cı illərin sonundan 15 milliondan artıq korreksiya əməliyyatları həyata keçirilib və indiyə qədər LASİK üsulu ilə aparılan lazer korreksiyasından sonra görmənin pisləşməsi hallarına rast gəlinməyib.
Новые комментарии
Спасибо за приятные слова!🙏🏻
Спасибо вам огромное, что буквально придаёте людям обрести новые краски в жизни. Allah sızı qorusun Mırana xanım. Я буду всегда благодарен вам 🙏
Spasibo
Kakie dni u vas priemnie? Ya chitala chto do priyoma minimum mesyac nelzya nosit lunzi. Mne zakazat ochki?