Biz necə görürük?
Obyektdən əks olunan işıq şuaları buynuz qişada sınaraq gözə daxil olur. Bundan sonra büllurda ikinci dəfə sınaraq gözün arxa divarında yerləşən və sinir liflərindən ibarət olan retinada toplanır.
Nəticədə burada tərs xəyal əmələ gəlir. Əmələ gələn görüntü görmə siniri vasitəsilə beyinə nəql olunur və düzgün görməyə çevrilir.
İntraokulyar linza (İOL) nədir?
Katarakta əməliyyatı zamanı bulanmış büllur çıxarılaraq süni büllurla əvəz olunur ki, bunun da nəticəsi olaraq xəstənin görmə qabiliyyəti yaxşılaşır. Bu süni büllur intraokulyar linza (İOL) adlanır.
Yaxın zamanlara qədər katarakta əməliyyatı zamanı yalnız uzağı görməni təmin edən monofokal linzalardan istifadə olunurdu. Yeni nəsil multifokal linzalar isə həm uzaq məsafəni, həm orta məsafəni, həm də yaxın məsafəni görməyə imkan verir.
Новые комментарии
Спасибо за приятные слова!🙏🏻
Спасибо вам огромное, что буквально придаёте людям обрести новые краски в жизни. Allah sızı qorusun Mırana xanım. Я буду всегда благодарен вам 🙏
Spasibo
Kakie dni u vas priemnie? Ya chitala chto do priyoma minimum mesyac nelzya nosit lunzi. Mne zakazat ochki?